Soğanın tərkibində C vitamini və qlükokinin maddəsi var ki, qanda şəkərin miqdarını tənzimləyir, bununla da şəkər xəstələri üçün olduqca faydalı olur. Dərman məqsədilə ağ soğan istifadə olunmalıdır.
Qrip, haymorit, frontit kimi xəstəliklərdə soğanın şirəsi sıxılaraq buruna tökülür. 1 ədəd əzilmiş soğan yarım çay qaşığı çay sodası ilə qarışdırılıb saç tökülən nahiyələrə çəkildikdə yeni tüklərin çıxmasına səbəb olur. Qulaqda iltihab, ağrı və küy olduqda sağalana qədər gündə 2 dəfə qulaq keçəcəyinə soğan suyu tökülür. 50 qram soğan suyu ilə 100 qram bal bir-birinə qarışdırılır, anginalarda və faringitdə kiçik-kiçik qurtumlarla gündə 3 xörək qaşığı içilir. Gözlər tez-tez quruduqda, xüsusən də kompüterdən çox istifadə etdikdə gözə 2 damcı soğan suyu tökülür.
Kökəlmək istəyənlər kərə yağında qızardılmış soğan yeməlidir. Dəridə ağ ləkələr, ziyil və saçda saçqıran olduqda soğan toxumu üyüdülür, toz formasına salınır, az miqdarda yağla qarışdırılaraq saçlar, dəridəki ağ ləkələr və ziyillər masaj edilir.

Badımcan Bakı kq
Rəngli Bibər 1 sort kq
Ağ Kələm 0.5 kq
Brokkoli 1 əd
Avakado 1əd.
Brüssel Kələmi.png)

.png)




