Sarimsaq - E-Meyve
8 Mart 2024
Sarımsaq

Tərkibi A və C, B qrup vitaminləri, fosfor, kalium, kükürd, sink,  selenium,  kalsium, maqnezium, natrium, dəmir, manqan, bol miqdarda su, şəkər, karbohidratlar, zülal, lif və sərbəst aminturşuları ilə zəngindir.
Araşdırmalar göstərir ki, çiy sarımsaq penisilin qədər güclü  antibiotikdir, lakin dərmandan fərqli olaraq bağırsaqlara mənfi təsir göstərmir.

Sarımsaq ilk növbədə mədə-bağırsaq, prostat, qırtlaq xərçənginə yoluxma ehtimalını azaldır, orqanizmdən dəmir və ağır metalları xaric edir, təzyiqi və qanda xolesterinin miqdarını aşağı salır. Bu şəfalı bitki yoğun bağırsaq xəstəliyi zamanı da işlədilir. Onun suyu şəkərli diabet xəstələrinə çox faydalıdır.  

Sarımsaq həmçinin ürək əzələsini möhkəmləndirir, böyrək daşı xəstəliyi zamanı da tövsiyyə olunur. Sidik yollarının infeksiyasına qarşı təsirli vasitələrdən biridir.

Xalq təbabətində sarımsaqdan xörəklərdə və ya turşuya qoyulmuş sarımsaqdan vərəm xəstəliyi zamanı iştaha artıran, bəlğəmgətirən və sinə iltihabını təmizləmək məqsədilə işlədilir. Soyuqdəymə və sətəlcəm olduqda tənəffüs yollarını açmaq üçün sarımsaq yeyirlər.

Taglar
Şərh yaz
Şərhlərin ümumi sayı 0
Hələ şərh yoxdur
Əməliyyatınız davam edir, zəhmət olmasa gözləyin